Goranboyda 2 avtomobil toqquşdu: xəsarət alanlar var
Goranboyda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Qarabucaq kəndi yaxınlığında qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılar 1989-cu il təvəllüdlü Əliyev Fuad Saməddin oğlu və bir nəfər kimliyi dəqiqləşdirilməmiş Tərtər rayon sakinidir.
Faktla bağlı araşdırma aparılır.

