Kriminal 

Rusiyada adam öldürmüş şəxs Azərbaycanda tutuldu – Tanışının evidə…

Rusiyanın axtarışa verdiyi azərbaycanlı tutulub.

ARANTV.AZ xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində RF Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan E.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd ov bıçağı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun tanışı K.Babayevin Suraxanı rayonu ərazisində yaşadığı evdə gizlətdiyi nömrəsi silinib, qundağı və lüləsi kəsilmiş “İJ-58 M” markalı tüfəng və 4 ədəd patron da aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.Publika.az

Daha çox xəbərlər