28 Mayda faciəvi hadisə – ÖLƏN VAR
Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, fevralın 5-də saat 21 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Müşfiqabad qəsəbə sakini C.Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Süleyman Şadmanovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Publika.az

