Dünya 

Virusları öldürə bilən maskalar hazırlandı – FOTO

Rusiyalı alimlər tibbi maskalar üçün virusları öldürə bilən xüsusi material hazırlayıblar.

Bu barədə “Nauka v Sibiri” xəbər yayıb.

Bildirilir ki, material Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Bərk Dövlət Kimya və Mexanokimya İnstitutunda hazırlanıb. O, meltblaun və nanogümüşdən təşkil olunub.

Bu cür maskalar A tipli qrip virusunu, stafilokkoku və “Escherichia coli” bağırsaq çöpünü öldürür. Hətta uzun müddətili kontaktda bu materialın effektivliyi daha da artır.  “2019-nCoV” tipli koronavirusla bağlı sınaqlar isə hələ aparılmayıb, ancaq alimlər hesab edirlər ki, bu maskalar ona qarşı da effektiv olacaq.

Maskaları 10 saat işlətmək olar, onlar öz-özünə təmizlənə də bilir. Bununla belə, onları saat yarım – iki saatdan bir dəyişmək tövsiyə olunur.

Rusiyalı elm adamları çinli həmkarları istəyəcəkləri təqdirdə bu materialları onlara təqdim etməyə hazır olduqlarını bəyan ediblər.

Daha çox xəbərlər