İdman 

Azərbaycan derbisi – “Qarabağ” “Neftçi”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq.

ARANTV.AZ  qol.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilləcək.

Əvvəlcə “Sumqayıt” “Zirə”nu qəbul edəcək. Bu, iki klubun çempionatda 19-cu qarşılaşması olacaq. Əvvəlki 18 görüşdən 4-də “Sumqayıt”, 10-da “Zirə” qələbə qazanıb. Daha 4 matçda heç-heçə qeydə alınıb.

Turun son oyununda isə “Qarabağ” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq.  Hazırda Qurban Qurbanovun baş məşqçi olduğu komanda 34 xalla liderdir. 26 xala malik “Neftçi” ən azı heç-heçə etsə, ikinci pilləyə yüksələcək.

8 fevral

17:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
“Kapital Bank Arena”

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika stadionu

7 fevral

“Keşlə” -” Səbail” – 0:1

“Sabah” – “Qəbələ” – 3:2

Milli.Az

Daha çox xəbərlər