Qazaxıstanda kütləvi dava-8 ölü
Qazaxıstanın Jambıl vilayətində kütləvi dava olub. Sonxeber.az-ın məlumatına görə, davada 70 nəfər iştirak edib. Onlardan 8-i ölüb, 40 nəfər isə xəsarət alıb.
Bildirilir ki, insident Kordaysk rayonunun kəndində baş verib. Kütləvi dava kameraya çəkilərək internetə yerləşdirilib. Bu isə konfliktin böyüməsinə səbəb olub. Hadisə yerinə daha 300 nəfər gəlib. İştirakçıların odlu silahdan istifadə etdiyi dava digər kəndlərə də sıçrayıb.
DİN-in məlumatına görə, dava iştirakçıları polislə də toqquşub. 47 nəfər saxlanılıb.

