MSK sədrindən seçki komissiyalarına xəbərdarlıq: “Cəzalandıracağıq”
“Öz vəzifəsinin öhdəsindən gələ bilməyən aşağı seçki komissiyalarını cəzalandıracağıq, onlar buraxılacaq”.
ARANTV.AZ məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, hər hansı bir komissiya üzvünün xoşagəlməz əməllərinin olmasına göz yumula bilməz: “Xüsusilə də bilərəkdən səhv etmələrinə göz yummaq olmaz. Biz Seçki Məcəlləsinin verdiyi imkanlardan istifadə edəcəyik. Lazım gəlsə, hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik”.
Oxu.Az

