2 uşaq atasından DƏHŞƏTLİ CİNAYƏT – Sevgilisini öncə döyüb sonra da boğaraq…
Bakıda qeyri-rəsmi münasibətdə olduğu Gülnarə Sadıqovanı öldürməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Fərhad Şaqalıyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
ARANTV.AZ xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Fərhad Şaqalıyevin apelyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Fərhad Şaqalıyev barəsində bəraət hökmünün çıxarılımasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Şaqalıyev 17 il müddətinə azadlıqdan məhrum edilib.teleqraf.com

