Rusiya sərhədində azərbaycanlı və ukraynalı tutuldu
Azərbaycanlı və ukraynalı sevgilisi pasportlarını dəyişərək, Ukraynadan Rusiyanın Kursk vilayətinə daxil olmağa çalışıb.
ARANTV.AZ xəbər verir ki, hadisə “Suca” buraxılış məntəqəsində baş verib.
Azərbaycan vətəndaşı və onun sevgilisi olan Ukrayna vətəndaşı girişləri qadağan olunduğu Rusiya ərazisinə daxil olmaq istəyib.
Saxlanılan şəxslərin üzərində yeni pasportlar olub.
Rusiya Federasiyası Regional Sərhəd İdarəsindən verilən məlumata görə, hazırda sərhəd pozucuları ilə bağlı araşdırmalar aparılır.oxu.az

