Bakını daşnak-bolşevik işğalından azad eilməsinin 100 illiyinə həsr olunan konfrans keçirilib
ARANTV.AZ xəbər verir ki, “1918-ci il sentyabrın 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etməsi həm qürurverici bir tarix, həm də Türkiyə Azərbaycan qardaşlığının bariz nümunəsidir”. Bu fikir Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən konfransda səslənib.
Azərbaycanın çətin günündə Türkiyə, Türkiyənin dar günüdə isə Azərbaycan hər zaman yan-yana olub. Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyi ərəfəsində bu tarix böyük qürur hissi ilə yad olunur. Respublika Veteranlar Təşkilatında keçirilən konfransda da bu hadisələrin tarixinə nəzər salındı. Qurumun sədri Tofiq Ağahüseynov bildirdi ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etməsi əsrlərə söykənən Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir. Təşkilatının sədr müavini Cəlil Xəlilov isə “Bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə qardaşlığından danışdı. Əlavə etdi ki, 1915-ci ildə mərd, igid Azərbaycan oğulları Anadoluda, Çanaqqalada türk qardaşları ilə birləşərək, şücaət və qəhrəmanlıq göstəriblər.
Digər çıxış edənlər Azərbaycan Əlahiddə Korpusu və Qafqaz İslam Ordusunun şücaətindən danışaraq Milli ordumuzun tezliklə işğalda olan torpaqlarımızı azad edəcəyinə inam ifadə etdilər.

