Hadisə 

Ağstafada maşın aşıb: Sürücünün anası ölüb

Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 14-də saat 19 radələrində Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində rayon sakini F.İsmayılov idarə etdiyi “VAZ-21063” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri – anası Sara, arvadı və qızı xəstəxanaya yerləşdirilib, Sara orada ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər