ATƏT-in baş katibi XİN və ADA Universitetində olub
ARANTV.AZ xəbər verir ki, Bakıya səfəri çərçivəsinə ATƏT-in Baş katibi Tomas Qreminger Xarici İşlər Nazirliyi və ADA Universitendə də olub. Hər iki görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.
ATƏT işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması üçün səylərini artırmalıdır. Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşdə belə dedi. Bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilən ərazilərində qanunsuz mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır. ADA Universitetində də olan ATƏT-in Baş katibi Tomas Qreminger isə diqqətə çatdırdı ki, təmsil etdiyi qurum Dağlıq Qarabağ münaqişəsində vasitəçilik rolunun gücləndirilməsi üçün hər cür səy göstərir.
Görüşdə ATƏT-lə Azərbaycan arasındakı münasibətlərin perspektivlərindən də danışldı.

