Mədəniyyət sahəsində üç yeni qanun layihəsi hazırlanır
ARANTV.AZ xəbər verir ki, Mədəniyyət sahəsində üç yeni qanun layihəsi hazırlanır. Layihələr Milli Məclisin Mədəniyyət komitəsinin işlər planına salınıb. Komitə iclasında qanunvericiliyin uyğunlaşdırılması məqsədilə bəzi qanunlara təklif olunan dəyişikliklər də müzakirə edilib.
“Muğam sənətinin qorunması və inkişaf etdirilməsi”, “Kinematoqrafiya”, “Yazılı abidələrin qorunması” haqqında yeni qanun layihələri hazırlanır. Hər üç sənəd mərhələli şəkildə Milli Məclisdə müzakirəyə çıxarılacaq. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov dedi ki, filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyəcək “Kinematoqrafiya haqqında” qanun layihəsi kifayət qədər mükəmməl sənəddir. Layihədə kono sahəsində bəzi imtiyazlar əksini tapır ki, bu məsələlər üzrə də əlaqədar qurumlarla müvafiq iş aparılır. Hansı ki, həmin imtiyazlar artıq dünya təcrübəsində mövcuddur və özünü doğruldub, kinematoqrafiyanın inkişafına təkan verir. İclasda “Azərbaycan və Türkiyə Hökumətləri arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiqlənməsi məsələsinə baxıldı və məqbul sayıdlı. Qanunvericiliyin uyğunlaşdırılması məqsədilə “Televiziya və radio yayımı”, “İctimai televiziya və radio yayımı”, “Teatr və teatr fəaliyyəti”, “Tarix və mədəniyyət abidələrinin qorunması”, “Mədəniyyət” haqqında qanunlara təklif olunan dəyişikliklərə də baxıldıqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olundu.

