Hadisə 

2 nəfər maşının altında qalıb öldü

Ötən gecə Azərbaycanda avtomobil vurması nəticəsində 2 nəfər ölüb.

ARANTV.AZ xəbər verir ki, Qaraməryəm-İsmayıllı yolunun 124-cü kilometrliyində – Oğuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili 61 yaşlı kişini vurub öldürüb.

Yevlax rayonunda, Mingəçevir-Bəhramtəpə yolunun 6-cı kilometrliyində isə “VAZ 21099”-un vurduğu 25-30 yaşlı kişi yolun əks hərəkət zolağında hərəkət edn “Mercedes”in altına düşüb. O, hadisə yerindəcə keçinib.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

publika.az

Daha çox xəbərlər