Xətaidə yanğın – Xəsarət alan var
Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.
ARANTV.AZ xəbər verir ki, ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 6 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Tikili və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;Publika.az

