Siyasət 

Daha bir dairənin dörd məntəqəsinin nəticələri “sıfırlandı”

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

ARANTV.AZ-ın xəbərinə görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O qeyd edib ki, həmin dairədən deputatlığa namizəd Samirə Rəfullayeva müraciətində məntəqələrdə pozuntuların olduğunu bildirib.

S.Rəfullayeva dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb edib.

MSK-nın iclasında qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 12, 14, 16 və 18-ci məntəqələrində nəticələr etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.Oxu.Az

Daha çox xəbərlər