Ağdaşda iki məntəqə ilə bağlı qərar açıqlandı
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 90 saylı Ağdaş Seçki Dairəsi üzrə namizəd Səidə Cəbrayılovanın müraciətinə baxılıb.
ARANTV.AZ-ın xəbərinə görə, MSK üzvü Qabil Orucov bildirib ki, həmin dairənin 6 və 7 saylı məntəqələrinin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb.
Sonda MSK qərara alıb ki, həmin məntəqələrdə nəticələr etibarsız sayılsın.
Qeyd edək ki, adıçəkilən dairənin lider namizədi Cavid Osmanovdur. Oxu.Az

