Beş ton kokain daşıyan gəmi saxlanıldı – VİDEO
Panama Milli Hərbi Dəniz Xidməti kustar üsulla hazırlanmış gəmi ilə beş tona qədər narkotik vasitə daşıyan dörd nəfər kolumbiyalını saxlayıb.
“Ria Novosti” məlumat verir ki, saxlanılan gəminin görüntüləri Milli Hərbi Dəniz Xidmətinin “Twitter” səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, Panama sularında patrul əməliyyatları Kolumbiya Silahlı Qüvvələri ilə birgə həyata keçirilib.
Cinco toneladas decomisaron las autoridades en una embarcación sumergible al noreste de la provincia de Bocas del Toro. Se aprehendieron a 4 colombianos. pic.twitter.com/lbppW77GtA
— FRECUENCIA INFORMATIVA (@frecuenciainfo1) February 19, 2020

