Sibirdə 30 dərəcə şaxtada küçədə yaşayanlar-FOTO
Rusiyanın Sibir bölgəsindəki Omsk şəhərində qışda havanın tempraturu mənfi 30 dərəcədən aşağı olur.
ARANTV.AZ-ın məlumatına görə, bu şəhərdə 3500-ə yaxın evsiz insan yaşayır. “Reuters”in əməkdaşı Aleksey Malgavko bölgəyə gedərək evsiz insanların Sibirdəki qışın ən soyuq günlərinin öhdəsindən gəlməyə çalışdıqlarını araşdırıb.
Malgavkonun danışdığı evsizlərdən biri olan Aleksey Vergunov ən çox evsizlər kimi sənayedə istifadə olunan isti boru kəmərinin altında yataraq qızınmağa çalışır.
Bu çox riskli bir üsuldur. Borudan uzaqlaşsa, soyuqdan ölə bilər. Çox yaxınlaşsa da, bir çox insan aludə olduqları və içdikləri tünd spirtli içkinin təsirini belə dərk etmədən ciddi dəri yanıqları ilə üzləşə bilər.
46 yaşlı Vergunov ömrünün 11 ilini belə keçirib. “Gözlərinizlə yatırsınız, ancaq gecə qulaqlarınız açıq olur”,- deyə o bildirib.
O, bildirib ki, əvvəllər həyatını yenidən qurmaq şansına sahib olmaq istəyirdi, amma sevgilisi Alyonka iki il əvvəl qaraciyər xərçəngindən öldükdən sonra yaşamaq üçün bütün iradəsini itirib.
“Tək etdiyim şey gün keçirməkdir. Əgər onun kimi bir qadını tapsam, yenidən cəmiyyətə qoşulmağa cəhd edə bilərdim, amma onun kimi birini tapa bilmirəm.”deyə Vergunov deyib.
Rəsmi məlumatlara görə, şəhərdə Vergunov kimi 3500 evsiz var. Ancaq həqiqi rəqəmin daha yüksək olduğu təxmin edilir.





Sonxeber.az

