Cəmiyyət 

Bakıda yoxa çıxan yaşlı qadın tapıldı-Üç gündür küçələrdə yatırmış (VİDEO)

Bir neçə gün öncə yaşlı bir qadının paytaxtda itkin düşməsi ilə bağlı xəbərlər yayıldı.

ARANTV.AZ-ın məlumatına görə, itkin düşdüyü bildirilən Rzayeva Şərqiyyə adlı qadın tapılıb. Belə ki, izləyicilərdən biri ailəsi tərəfindən axtarılan ağbirçək qadını dünən avtobusda görüb və onu dərhal “Qadın və Uşaq sığınacağı”na gətirib.

Yaşlı qadına sığınacaqda qayğı göstərilib, yemək verilib. Onun 3 gün ərzində küçələrdə yatdığı məlum olub.
Qeyd edək ki, itkin düşən qadının yaddaşının zəif olduğu, evinin yolunu untuduğu bildirilir.

 

Sonxeber.az

Daha çox xəbərlər