Bazar, 28 İyn, 2026

Texasda atışma: yaralılar var

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) bazarda atışma baş verib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində Harris dairəsinin şerifi Ed Qonsales yazıb.

E.Qonsales bildirib: “İlkin məlumata görə, 7 nəfər yaralanıb, onları xəstəxanaya aparırlar”.

Şerif əlavə edib ki, heç kim ciddi xəsarət almayıb.

Hadisə yerində bir nəfər saxlanılıb.