Elçin Quliyev koronavirusla bağlı sərhədə getdi – SON DƏQİQƏ
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib.
ARANTV.AZ xəbər verir ki,bu barədə “report “məlumat verib.
E.Quliyev deyib ki, hazırda təhlükəsizli tədbirləri davam etdirilir: “Panikaya ehtiyac yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır”.
DSX rəisi daha sonra Astara sərhəd-keçid məntəqəsinə yollanıb.

