Kriminal 

Ər arvadının qanını tökdü — BAKIDA QANLI CİNAYƏT

Bakıda arvadına bıçaqla xəsarət yetirməkdə təqsirli bilinən Tanrıverdiyev Rafail Bəysafa oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası fevralın 28-nə təyin olunub.

Qeyd edək ki, ötən il oktyabrın 25-də saat 16 radələrində 1983-cü il təvəllüdlü Tanrıverdiyeva Mənzərə Rövşən qızının kəsilmiş-deşilmiş xəsarətlə müalicə müəssisəsinə yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Faktla əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla Rafail Tanrıverdiyevin yaşadıqları evdə ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşı Mənzərə Tanrıverdiyevaya xəsarət yetirməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

R.Tanrıverdiyev müdafiəçinin iştirakı ilə dindirilərkən həyat yoldaşına bədən xəsarəti yetirməsini etiraf edib.


Ölkə.Az

Daha çox xəbərlər