Çinin hava məkanında uçuşlar kəskin azalıb – FOTO
Çində başlayıb dünyaya yayılan koronavirus səbəbi ilə bu ölkənin hava məkanında uçuşlar kəskin dərəcədə azalıb.
ARANTV.AZ-ın məlumatına görə, 2020-ci il yanvarın 21-də Çində 25 aviaşirkətə məxsus 10 522 reys həyata keçirilsə də, fevralın 18-də cəmi 1868 uçuş baş verib.
Bununla da Çində təyyarə reysləri 80 faiz azalıb.
Paytaxt Pekinin hava limanında 2019-cu il 31 dekabrda 899 uçuş olub.
Bu il fevralın 18-də isə cəmi 159 təyyarə uçuş edib.
Hər gün uçuşlar azalmaqda davam edir.
Oxu.Az

