Siyasət 

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Bunu Report-a MSK katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, bu gün yekun protokol Konstitusiya Məhkəməsinə verilib.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçirilib.

Daha çox xəbərlər