Maraqlı 

“Zaman kapsulu”ndan olan şəkillər 120 ildən sonra dərc olundu – VİDEO

Fotoqrafiya tarixçisi fransız Matye Stern 120 il əvvəl çəkilən və “zaman kapsulu”na qoyulan şəkilləri paylaşıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Stern 1900-cu ildə çəkilən foto-neqativi evinin zirzəmisində tapıb. Onlar başqa əşyalarla birlikdə mücrüdə olub.

Bloqer sianotipiyanın köməyilə foto-neqativləri aydınlaşdırıb.

Şəkillərdə üç pişik əks olunub.

“Foto 120 il əvvəl balaca uşaq tərəfindən çəkilib və 100 ildən sonra siz ona baxa bilirsiniz”, – deyə Stern şəkillərdən birini şərh edərkən bildirib.

 

Daha çox xəbərlər