Əminə Ərdoğandan İdlib paylaşımı
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan İdlibdə aparılan əməliyyatlar çərçivəsində şəhid olmuş 33 türk hərbçisinin ailələrinə baş sağlığı verib.
ARANTV.AZ Day.Az-a istinadən xəbər verir ki, xanım Ərdoğan “Twitter” səhifəsində etdiyi paylaşımda ulu tanrıdan şəhidlərə rəhmət, yaralı hərbçilərə isə şəfa diləyib:
“İdlibdən aldığımız ac xəbərlər ürəyimizi yandırdı. Uca Allahdan qəhrəman şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm”.

