Dünya 

Məktəbli 12 yaşlı qızı gözündən güllələdi

Məktəbli oğlan 12 yaşlı qızın gözündən plastik güllə ilə atəş açıb.

REN TV-nin məlumatına görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb.

Bildirilir ki, naməlum uşaq qızı yaxın məsafədən güllələyib.

Qız xəstəxanaya yerləşdirilib. Ona göz almasının kontuziyası diaqnozu qoyulub. Uşağın vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin səbəbləri araşdırılır.

Daha çox xəbərlər