Gəncədə 34 yaşlı qadın itkin düşüb.
ARANTV.AZ xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, Rövşən Novruzov polisə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan 1986-cı il təvəllüdlü arvadı Novruzova Günay Füzuli qızı fevralın 29-da günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə şəhəri, Kəpəz RPİ-də araşdırma aparılır.Oxu.Az
