Bakıda marketin qarşısında dəhşətli hadisə – ÖLƏN VAR
Ötən gecə Bakıda ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, Suraxanı rayonu Ramana qəsəbəsində yerləşən “AL market”in qarşısında 1987-ci il təvəllüdlü Kərimov Sahib Paşa oğlunun idarə etdiyi “Tofaş”la Mirnurlan Zaidovun sürdüyü ” Kia Sorento” toqquşub.
Nəticədə, 33 yaşll Sahib Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.Publika.az

