Siçovul azyaşlıları xəstəxanalıq etdi
Rusiyanın Tula vilayətində siçovul dişləyən uşaqlar xəstəxanaya yerləşdirilib.
Tula.sledcom.ru-nun xəbərinə görə, siçovul iki azyaşlını yaşadıqları evdə dişləyib.
Məsələ ilə bağlı Rusiya Federasiyasının Tula vilayəti üzrə İstintaq İdarəsi araşdırmaya başlayıb.
İdarədən bildirilib ki, azyaşlıların yaşadığı ev qəzalı vəziyyətdə olub.
Hazırda uşaqların həyatı üçün təhlükə yoxdur.

