Cəmiyyət 

Qatı dumanla bağlı magistral yollarda sürət həddi endirildi

Bakıda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsziliyini təmin etməkdir.

Daha çox xəbərlər