Bakıda səkkiz ağac baltalanıb – VİDEO
Bakıda səkkiz ağac naməlum şəxslər tərəfindən baltalanıb.
ARANTV.AZ xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, 151 nömrəli uşaq bağçasının yanında qeydə alınıb.
Videogörüntülərdə səkkizə yaxın ağacın kökünün baltalandığı görünür.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov ilə əlaqə saxladıq.
Orxan Məmmədov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib və əraziyə baxış keçirildiyini qeyd edib:
“Məsələ ilə bağlı əraziyə baxış keçirilib. Baxış zamanı mütəxəssislər 7-ci mikrorayon ərazisində 4 ədəd zeytun ağacı, 4 ədəd lüqustr ağacı olmaqla, ümumilikdə səkkiz ağac kök boğazından kəsici alətlə zədələnib. Naməlum şəxslər ağacların inkişafdan qalaraq, quruması üçün cəhd ediblər. Tərəfimizdən ağacların qurumaması, inkişaflarının bərpası üçün zəruri tədbirlər görülür. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət olunacaq”.

