Dünya 

Putin və Ərdoğan razılığa gəldilər

Dünən Moskvada Türkiyə və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqlar nəticəsində Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında İdlibdə atəşkəs razılaşması əldə olunduğunu elan etdilər.
ABŞ Türkiyə ilə Rusiya arasında əldə olunan İdlib atəşkəs razılaşmasını dəstəkləyib.

ARANTV.AZ xəbər verir ki, ABŞ Dövlət Departamenti İdlibdə atəşkəs razılaşması ilə əlaqədar “Anadolu Ajansı”nın müxbirinə yazılı bir açıqlama verib.
İdlibdə çox təhlükəli bir vəziyyəti aradan qaldıracağını və Əsəd rejimi, Rusiya, İran və Hizbullah qüvvələri tərəfindən mülki bölgələrə edilən hücumlar nəticəsində meydana gələn dəhşətli humanitar böhranı azaldacağını ümid etdiyimiz Türkiyə-Rusiya atəşkəsini dəstəkləyirik” deyə ABD-nin açıqlamasında bildirilib.

Bununla bərabər ABŞ-ın NATO müttəfiqi Türkiyə ilə atəşkəsin detallarını müzakirə edəcəyini və artıq ən əhəmiyyətli hissə Əsəd və dəstəkçilərinin davamlı bir atəşkəsin nəzərdə tutulduğu bu anlaşmaya əməl edib etməyəcəyini gözləməkdir.
Bəyanatda, Suriyadakı qarşıdurmanın sona çatmasının yeganə yolunun BMT-nin (BMT) Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsasən atəşkəs və siyasi həll yolu ilə təmin edilməsi olduğu vurğulanmışdır.Sonxeber.az

Daha çox xəbərlər