Türkiyədə nazirə qarşı sui-qəsdin qarşısı alındı
Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varanka sui-qəsd planının qarşısı alınıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, sui-qəsd planı Hakkari vilayətində PKK terrorçularına qarşı həyata keçirilmiş əməliyyat zamanı üzə çıxıb.
Məlum olub ki, nazirə qarşı İstanbulun Esenyurt rayonunda hücum baş verməli imiş.
Faktla bağlı cinayət işi açılıb.

