Təndiri yandırmaq istədi, partlayış oldu – Yaralanan var
Gəncədə qaz sızması partlayışa səbəb olub.
ARANTV.AZ-ın xəbərinə görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
1975-ci il təvəllüdlü qəsəbə sakini Kəmalə Fətəliyeva təndirdə qazı yandırmaq istəyərkən partlayış olub. O, yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.
Vəziyyəti kafi qiymətləndirilir.”Qafqazinfo”

