7 yaşlı qızının gözü qarşısında keçmiş arvadını güllələdi
Türkiyənin Mersin şəhərində kişi küçənin ortasında 7 yaşlı qızının gözləri önündə keçmiş həyat yoldaşını güllələyib.
ARANTV.AZ xəbər verir ki, Özkan.Y 9 ay öncə boşandığı, iki uşaq anası həyat yoldaşı Hatun.Y-nı döyərək yerə yıxıb. Daha sonra Özkan.Y 7 yaşlı qızının gözü önündə keçmiş həyat yoldaşının dizindən və topuğundan güllələyib.
Özkan.Y keçmiş həyat yoldaşını güllələdikdən sonra heç nə olmamış kimi qızı ilə birlikdə hadisə yerindən uzaqlaşıb.
Yerdə uzanan qadın qışqıraraq ətrafındakı insanlardan kömək istəyib.
Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb.
Yaralı qadın xəstəxanaya qaldırılıb.
Özkan.Y polislər tərəfindən saxlanılıb.Sonxeber.az

