Dünya 

Toyuq bişirdi, evini yandırdı

Türkiyənin Balıkəsir vilayətində yaşayan qadının yeməyi sobanın üzərində unutması faciəyə səbəb olub.

ARANTV.AZ  xəbər verir ki, qonşular 4 mərtəbəli binanın 1ci mərtəbəsində yaşayan qadınının evini yanmaqdan xilas ediblər.

Belə ki, H.B aid mənzildən çıxan duman və yanıq qoxusu bütün binaya yayılıb. Qatı dumanı görən qonşular yanğınsöndürənlərə xəbər ediblər.

Yanğın qısa müddət ərzində söndürülüb.

Araşdırmalar zamanı yanğına H.B-nın sobanın üzərində unutduğu toyuqdan hazırlanan yeməyin səbəb olduğu bəlli olub.Sonxeber.az

Daha çox xəbərlər