Dünya 

Avtomobili park etmək üstündə sürücüyə atəş açdı – VİDEO

Rusiyanın Voronej şəhərində baş verən dəhşətli hadisənin görüntüləri sosial mediada böyük müzakirələrə səbəb olub. Belə ki, avtomobili park etmək üstündə sürücülərdən biri digərinə travmatik silahdan atəş açıb.

REN TV-nin məlumatına görə, ayağından yaralanan 57 yaşlı sürücü hüquq-mühafizə orqanlarına müraciət edib. Zərərçəkənin sözlərinə görə, ona atəş açan şəxsi tanımır.

Polis yoxlamalara başlayıb.

Daha çox xəbərlər