Türkiyədə avtobus qəzası: 7 ölü, 20 yaralı
Türkiyənin Afon-Karahisar vilayətində sərnişin avtobusu aşıb.
ARANTV.AZ trend-ə istinadən məlumatına görə, qəza nəticəsində 7 nəfərin öldüyü, daha 28 nəfərin yaralandığı bildirilib. Bütün xəsarət alanların Türkiyə vətəndaşları olduğu bildirilir.
Yaralıların vəziyyəti orta qiymətləndirilir.
Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.

