Hadisə 

Lənkəran sakini Bakıda qarət olundu

Bakıda 38 yaşlı kişi qarət olunub.

ARANTV.AZ  xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu X.Dadaşov küçəsində baş verib.

Sözügedən ərazidən keçən Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Nuriyevin telefonu oğurlanıb.

Naməlum şəxs ona yaxınlaşaraq R.Nuriyevə məxsus 150 manat dəyərində “Samsung” markalı mobil telefonu zor tətbiq etməklə ondan alaraq, hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.Oxu.Az

Daha çox xəbərlər