Siyasət 

Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev E.H.Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Daha çox xəbərlər