Dünya 

Türkiyədə silahlı şəxs ticarət mərkəzinə hücum etdi – VİDEO

Türkiyənin İzmir şəhərində silahlı şəxs ticarət mərkəzinə hücum edib.

“HaberGlobal”ın məlumatına görə, hadisə Bornova rayonunda yerləşən ticarət mərkəzində baş verib.

Əlində tüfəng olan bir nəfər atəş açıb. Əraziyə cəlb edilən polislər ticarət mərkəzində olan insanları təxliyyə ediblər.

Silahlı şəxs tutularaq polis idarəsinə aparılıb.

Daha çox xəbərlər