ÜST: “COVID-19 nəzarət edilməsi mümkün olan pandemiyadır”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı ümidləndirici açıqlama verib.
Sondakika.com-un məlumatına görə, ÜST-ün baş direktoru Tedros Adanom Gebreisus koronavirusun nəzarət edilməsi mümkün olan qlobal infeksiya olduğunu deyib.
O, Cenevrədə diplomatlara verdiyi açıqlamada “əgər ölkələr virusla mübarizə üçün tədbir görərlərsə, COVID-19-a nəzarət etmək mümkündür” deyib.
Gebreisus bəzi ölkələrin zəruri tədbirlər görməməsindən narahatlıq yarandığını qeyd edib.

