Özünü binadan atan feminist qız əməliyyat olundu
Üç gün əvvəl intihara cəhd edən feminist Aysel Ələkbərzadə əməliyyat olunub.
Jurnalist Nurlan Cəfəri BAKU.WS-ə açıqlamasında, kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Ələkbərzadənin az öncə ayağından əməliyyat olunduğunu bildirib.
O, dostunun əməliyyatının uğurlu keçdiyini bildirib:
“Əməliyyat uğurla başa çatdı. Narkozdan ayılıb və durumundan heç bir problem yoxdur”.
Xatırladaq ki, martın 10-da saat 05:42-də 24 yaşlı Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul etdikdən sonra paytaxtın Yasamal rayonu ərazisindəki yüksəkmərtəbəli binanın ikinci mərtəbəsində kirayədə yaşadığı mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atıb.
Feminist qız intihara cəhdinin səbəbkarları kimi dostları Nurlan Libre, onun həyat yoldaşı Əsli Əlizadə və Qurban Məmmədlinin adlarını çəkib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
A.Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi “8 Marş” adlı qanunsuz aksiyada əlində tutduğu qalmaqallı şüarla məşhurlaşıb.

