Cəmiyyət 

İstanbul-Bakı müntəzəm marşrut xətləri üzrə avtobusların Gürcüstan sərhəddinə girişi məhdudlaşdırılıb

İstanbul-Bakı müntəzəm marşrut xətləri üzrə avtobusların Gürcüstan sərhəddinə girişi məhdudlaşdırılıb.

ARANTV.AZ xəbər verir ki, koronavirus epidemiyasına qarşı təxirəsalınmaz tədbirlər çərçivəsində martın 15-də Türkiyə ilə Gürcüstan arasında Sarp sərhəd keçid məntəqəsinin Türkiyə vaxtı ilə 17:00-da bağlanmasına dair verilən qərarın nəticəsi olaraq İstanbul-Bakı müntəzəm marşrut xətləri üzrə avtobusların girişi sərhəddə məhdudlaşdırılıb. “Vardar” və “Metro” daşıyıcı şirkətlərinə məxsus 99 JH 866 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların Gürcüstan sərhəddindən tranzit keçidinə icazə müəyyən təhlükəsizlik tədbirləri səbəbilə bu gün saat 14:30-da verilib.

Türkiyəyə məxsus “Metro” daşıyıcı şirkətinin avtobusuna sərhəddən tranzit keçidinə icazə verilmədiyi üçün, həmin avtobusda olan sərnişinlər Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xüsusi avtobusla təmin edilib. Sərnişinlər Gürcüstanın Lançxuti şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində istirahət edə biləcək, su və zəruri qida ilə təmin olunacaqlar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparılan danışıqlar nəticəsində göstərilən operativ münasibətdən dolayı Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinə və SOCAR-a xüsusi təşəkkürünü bildirir.

Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərərgahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.

Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda panikaya yol vermədən 012 566 52 58 nömrəli “qaynar xətt”lə əlaqə saxlamaları tövsiyyə edilir.AZƏRTAC

Daha çox xəbərlər