Dünya 

Norveçdə ölkəyə daxil olan hər kəs karantinə alınacaq

Norveç hökuməti digər ölkələrdən qayıdan bütün şəxslərin iki həftəlik karantinə alınması barədə qərar qəbul edib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu qərar martın 17-dən qüvvəyə minəcək.

Daha əvvəl karantin İsveç və Finlandiyadan qayıdanlara şamil olunmurdu.

Karantin qaydalarını pozan şəxslər cərimələnə və ya 6 ay müddətinədək həbs oluna bilər.

Bu günədək Norveçdə koronavirusa yoluxanların sayı 1077 nəfərə çatıb. Üç nəfər həyatını itirib.

Daha çox xəbərlər