Region Xəbərləri 

Tərtərdə küçə və prospektlər, çoxmənzilli binalar dezinfeksiya olunur

Nazirlər Kabineti yanında operativ qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının Tərtər rayonu ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir.

ARANTV.AZ  xəbər verir ki, Tərtər şəhərinin küçə və prospektləri, çoxmənzilli yaşayış binalarının həyətləri xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiyaedici məhlullarla yuyulur. Binaların girişləri və bloklar, dövlət idarələrinin binaları xüsusi məhsulla dezinfeksiya edilir. Ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda qurulmuş monitor vasitəsilə və yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri aparılır.AZƏRTAC

Daha çox xəbərlər