Cəmiyyət 

Azərbaycanın Küveytdəki səfiri bir aylıq əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman bir aylıq əməkhaqqı məbləğini Azərbaycanda koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.

Daha çox xəbərlər