Gənclər və İdman Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürüb
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq dövlətimizin başçısının Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşların əməkhaqlarının bir hissəsini, 30 min manat məbləğində vəsaiti köçürüb.

